Bakının bu qəsəbələri susuz qalacaq

Bakının bu qəsəbələri susuz qalacaq
14:29 10 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakının bu rayonunda suyun verilişində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, Suraxanı rayonu ərazisində magistral xətlərdə aparılan yenidənqurma işləri ilə əlaqədar aprelin 10-da gün ərzində Yeni Günəşli yaşayış massivinə, Suraxanı və Qaraçuxur qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3044398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR