Yüksək bal toplayan şagird faciəvi şəkildə öldü - FOTO

Sumqayıtda məktəblinin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhərin Nəriman Nərimanov küçəsində minik avtomobili 2006-cı il təvəllüdlü Aydan Həbibovanı vurub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qızın həyatını xilas etmək mümkün olmayıb.

Bildirilib ki, Aydan Həbibova Sumqayıt şəhəri Anar Şükürov adına 25 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi olub. O, ötən ay keçirilən buraxılış imtahanında 227 bal toplayıbmış.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı