"İran hökuməti son 45 ildə yüzlərlə məhkəməsiz edam həyata keçirib".
Metbuat.az "Azad İran" "Telegram" kanalına istinadən bildirir ki, bu barədə Əbdürrəhman Borumənd İnsan Haqları Fondunun hesabatında bildirilib.
"İran: Sərhədsiz dövlət zorakılığı" başlığı ilə hazırlanan sənəddə bildirilir ki, İslam Respublikasında 862 məhkəməsiz edam, 124 ölümlə hədələmə, ya adam oğurluğu və sui-qəsd cəhdi qeydə alınıb.
Fondun məlumatına görə, bu hallarda İranın hökumət rəsmilərinin, diplomatlarının və təhlükəsizlik qüvvələrinin rolu olub.