"Həmin sürücü cinayətkardır" - AÇIQLAMA

Dünən avtomobili uçurdaraq qəza törədən sürücünün fotosunun yayılması ictimai rəydə fərqli reaksiyalara səbəb olub. Nəticədə sosial media istifadəçiləri iki yerə bölünüb: bir qismi bu sürücüyə yardım kampaniyası başladıb, digərləri isə sürücü ilə bağlı meydana çıxan faktları da nəzərə alaraq buna qarşı çıxıblar.

Sosioloq Mail Yaqub Metbuat.az-a açıqlamasında verilən reaksiyalara təəccübləndiyini söyləyib:

“Bu, xalqımızın mərhəmət hissi, o adama yazığı gəlməsi ilə bağlıdır. Amma unutmayaq ki, həmin adam cinayət törədib. Cinayətkara qarşı mərhəmət hissinin kütləvi şəkildə nümayiş olunması düzgün hal deyil. Həmin sürücü qınanmalıdır. Yaxşı ki, hələ ölüm hadisəsi baş verməyib. Hər yerindən duran taksi sürücüsü ola bilməz, başqalarının canını təhlükəyə ata bilməz”.

M.Yaqub belə hallarda cinayətkar tərəfdə olmadığını qeyd edib və onun hamıya dərs olması üçün cəzalandırılmasını istəyib.

Sevinc İbrahimzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı