Baydendən amerikalıları sevindirəcək qərar

ABŞ Prezidenti Cozef Bayden gələn ilin martına kimi ölkədə fasiləsiz maliyyələşməni təmin edən qanunu imzalayıb.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı Ağ Evin yaydığı məlumatda deyilir.

Qanun hökumətin maliyyələşdirməsini 14 mart 2025-ci ilə qədər mövcud səviyyədə saxlamağa imkan verəcək.

Bununla yanaşı, fermerlərə iqtisadi yardım üçün təxminən 10 milyard, təbii fəlakətlərin aradan qaldırılması üçün 100 milyard dollardan çox vəsait ayırılması nəzərdə tutulur.

Qanunun qəbulu ölkədə yeni prezident Donald Trampın yanvarın 20-də andiçmə mərasiminə qədər şatdaunun (hökumətin fəaliyyətini dayandırması) qarşısını alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı