Çiy donuz əti yeyən adamın bədənindən

Çində 74 yaşlı adamın rentgen görüntüləri həkimləri şoka salıb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, yaddaş itkisi səbəbilə həkimə müraciət edən yaşlı adamın bədənindən yüzlərlə soxulcan yumurtası çıxıb. Tibb işçilərinin etdiyi ilk müayinədə yaşlı adamın sağlamlıq vəziyyətinin stabil olduğunumüəyyən edib. Amma edilən fiziki müayinədə üzünün sol tərəfinin düşdüyü və danışıqda sürüşmə olduğu görünüb.

Həkimlər aparılan tətqiqatlar nəticəsində adamın bədənin hardasa hər yerində yüzlərlə kiçik soxulcan yumurtası olduğunu öyrəndikdə dəhşətə düşüb.

Rentgen filmləri yumurtaların beynində, onurğasında, budlarında, sinəsində və ayaqlarında olduğunu göstərib.

Həkimlər xəstəyə nörokistisrozis adlanan bir xəstəlik diaqnozu qoyub. Nörokistisrozis ən ciddi infeksiya formasıdır və dünya miqyasında epilepsiya kimi xəstəliklərin yayılma səbəbidir. Əgər bu xəstəlik müalicə olunmazsa xətənin mərkəzi sinir sistemində, əzələlərdə, dəridə və gözlərində ağır təxribata səbəb olacaq.

Dünya Sağlamlıq Təşkilatının məlumatına görə bu xəstəliyin müalicəsi mövcuddur.

2

3

4

6

https://metbuat.az/news/1164741/hekime-getdi-ve.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR