Çempionlar Liqasında "Barselona" ilə oyunöncəsi "Bavariya"ya daha bir ağır itki üz verib.
Metbuat.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Sebastyan Rode katalon klubu ilə ilk görüşü buraxacaq. 24 yaşlı futbolçu əzələ ağrılarından əziyyət çəkir.
Xatırladaq ki, "Bavariya" sözügedən oyunda həmçinin David Alaba, Xolqer Badştuber, Frank Riberi və Aryen Robbenin xidmətindən də istifadə edə bilməyəcək.