ABŞ Dövlət Departamenti Sudanda ordunun hakimiyyəti ələ keçirməsindən sonra bu ölkəyə səyahət xəbərdarlığını yeniləyib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Nazirlik Sudana səyahət xəbərdarlığının səviyyəsini 4-ə yüksəldib. Xəbərdarlıqda deyilir: “Cinayət, terrorizm, daxili qarışıqlıq, qaçırılma təhlükəsi və silahlı münaqişələrə görə Sudana səyahət etməyin”. Sudanda eyni zamanda silahlı soyğunun, ev və maşınlardan oğurluğun geniş yayıldığı qeyd edilən açıqlamada deyilir: “Nazirlik 11 aprel 2019-cu ildə xidməti məcburi olmayan ABŞ hökumətinin əməkdaşlarına ölkəni tərk etməyi əmr edir”.

Şimali Afrikada terror təhlükəsinin yarandığı qeyd edilən bəyənatda bildirilib ki, ölkədə fövqəladə vəziyyət elan edilib.

Qeyd edək ki, Sudanın müdafiə naziri Avad bin Avf ötən gecə Hərbi Şuranın sədri and içib. O, dövlət televiziyasında çıxışı zamanı bildirib ki, ordu rəhbərliyi ələ keçirib və prezident Ömər Əl Bəşir həbs olunub.

Günay Elşadqızı / METBUAT.AZ