Bakı, 5 may, AZƏRTAC
Bakıda Asiya İnkişaf Bankı (AİB) ilə “DəmirBank” arasında kənd təsərrüfatının inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün anlaşma sazişi imzalanıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, sazişə əsasən AİB “DəmirBank”a kənd təsərrüfatının inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün 20 milyon dollar ayırıb.
“DəmirBank”ın AİB-lə əməkdaşlığı 2010-cu ildə bağlanan ilk sazişlə beynəlxalq ticarətin maliyyələşdirilməsi üzrə zəmanətlərin verilməsi və müştərilərin idxal-ixrac əməliyyatlarının maliyyələşdirilməsi istiqamətində başlayıb. Bank, AİB-in dəstəyi ilə ölkə üzrə mikro, kiçik, orta və iri sahibkarlığa dəstək olaraq regionların sosial-iqtisadi inkişafına təkan verən layihələr həyata keçirib. Bununla yanaşı, qeyri-neft sektorunun, sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət kimi sahələrinin inkişafında da yaxından iştirak edib.