Bakı. Trend:

İtaliya A Seriyasının 32-ci turunun oyunları keçirilib.

Trend-in məlumatına görə, "Milan" öz meydanında "Latsio" komandasının qəbul edib.

Gərgin mübarizə şəraitində keçirilən oyunda cəmi bir qol vurulub. Meydan sahiblərinin yarımmüdafiəçisi Frank Kesye 79-cu dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Beləliklə, 32 oyundan sonra "Milan" 55 xalla dördünçü, "Latsio" isə 49 xalla səkkizincidir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin