“Ərdoğanın təzyiqlərə baxmayaraq, qəti mövqe göstərməyindən məmnunuq”

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təzyiqlərə baxmayaraq, Rusiyadan “S-400” hava müdafiə raket sistemi almağından məmnunuq”.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib. “Rossiya-1” telekanalında qatıldığı proqramda açıqlama verən Peskov, Türkiyənin “S-400”-ü almaqla bağlı qətiyyətini yüksək qiymətləndirib:

“Prinsip olaraq müstəqil və öz başına hərəkət edə bilən ölkə sayı barmaqla sayılacaq qədər azdır. Rusiya və Türkiyə bu kateqoriyaya aid olan ölkələrdəndir. Həqiqətən də çox böyük təzyiq var. Prezident Ərdoğanın sərt və qəti mövqeyindən məmnunuq”. Peskov belə mövqenin azad və suveren dialoqa imkan verəcəyini qeyd edib.

Qeyd edək ki, Ərdoğan Rusiyada “S-400” alınması məsələsinə münasibət bildirərkən deyib: “Bir şeydə razılığa gəlmişiksə, müqaviləsini başlamışıqsa, bu iş bitmiş sayılır. Ona görə də yolumuza davam edirik və davam da edəcəyik. Bu bizim suveren hüququmuzdur”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR