Bakıda 17 yaşlı oğlan itkin düşüb.
Metbuat.az-a daxil olan məlumata görə, aprelin 13-də saat 13:00 radələrində B.Çobanzadə küçəsi 4549, mənzil 10 ünvanında ailəsi ilə birlikdə yaşayan 2002-ci il təvəllüdlü İsmayılov Şirin Qafar oğlu yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.
Əlavə məlumat üçün bildirilib ki, qeyd olunan şəxs təxminən iki ay əvvəl də eyni qaydada xəbərsiz itkin düşüb və bir həftə sonra internet klubdan tapılıb.
Aysel Yaqubqızı / Metbuat.az