Rusiyada bir diş həkiminin xəstəsinə tətbiq etdiyi müalicə üsulu görənləri dəhşətə gətirib.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, 28 il əvvəl ağzında ağrı olması şikayəti ilə həkimə müraciət edən xəstəyə dişlərinin hamısının yararsız olduğunu və çıxarılmasının vacib olduğunu bildirilib.
Xəstənin dişlərinin demək olarki, hamısı çıxarılıb və yerinə implant taxılıb. Amma illər sonra başqa bir həkimə gedən şanssız xəstə inanılmaz bir sağlamlıq skandalı ilə qarşılaşıb. 28 il əvvəl getdiyi diş həkiminin dişlərinə implant əvəzinə vint taxtığı məlum olub.
Gördükləri qarşısında dəhşətə düşən həkimlər vəziyyəti xəstəxana rəhbərliyinə bildirib və əməliyyat üçün icazə alıblar. Xəstənin dişlərindəki vintlər çətinliklə çıxarılıb.
Həkimlər xəstənin dişlərindən çıxan vintlərin fotosunu çəkərək mətbuatda yayıb. Verdikləri açıqlamada vintlərin paslı olduğu, damaqlara bərkidilən bu vintlərin normal şərtlərdə çənə sümüklərini əritməsi və iltihab yaradaraq ölümə belə səbəb ola biləcəyi deyilib. Həmin diş həkimi barəsində cinayət işi açılıb.



https://metbuat.az/news/1168022/jurnalistika-telebesi-foto-cekdirmek-ucun-cixdigi-qulleden.html