“Türkiyənin NATO-dakı mövqeyinin müzakirə olunmasına icazə vermirik”

““S-400” və “F-35” məsələsi kontekstində Türkiyənin NATO-dakı mövqeyinin müzakirəsi ilə bağlı şərhləri qəbul etməyimiz mümkün deyil”.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib. Kalın bildirib ki, Türkiyə-Amerika əlaqələrinin uzun tarixi var: “Müəyyən dövrlərdə bu əlaqələrin test edildiyi zaman olur. Hazırda bizim üçün iki əsas məsələ var – ABŞ-ın YPG / PKK-ya dəstək verməyi və FETÖ məsələsində konkret addım atmamağı”.

Kalın qeyd edib ki, Türkiyə NATO üzvü olaraq ittifaqdakı mövqeyini gücləndirmək üçün addımlar atmağa davam edəcək: ““S-400” və “F-35” məsələsi kontekstində Türkiyənin NATO-dakı mövqeyinin müzakirəsi ilə bağlı şərhləri qəbul etməyimiz mümkün deyil. Çünki NATO-da bir ölkənin statusunu təyin edəcək olan tək bir ölkə deyil, bütün NATO üzvü ölkələrdir. Biz orada müşahidəçi deyilik, üzv ölkələrdən biriyik, veriləcək qərarlarda da söz sahibi olan ölkələrdən biriyik. Bu səbəbdən də Türkiyənin NATO-dakı mövqeyinin müzakirə olunmasına icazə vermirik.

Rusiya ilə münasibətlərimizi ABŞ ya da Avropa Birliyi (AB) ilə əlaqələrimizi alternativ olaraq görmürük. Eyni şəkildə ABŞ və AB ilə münasibətlərimizi də Rusiyaya alternativ olaraq görmürük. Türkiyədə “S-400”-lərin yerləşdirilməsinin “F-35” müqaviləsi üçün təhdid olacağıyla bağlı arqumentlər göstərilir. Ona görə də NATO-nun himayəsi altında texniki komitənin yaradılmasını təklif etmişik. Türkiyə ABŞ-ın bu təklifə cavabını gözləyir”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR