Türkiyənin Zonguldak bölgəsində 54 yaşlı Erdal Ö. 2 il əvvəl sahibi olduğu kafedə qonşusunun 18 yaşlı qızını cinsi istismar etməsi iddiası ilə saxlanılmışdı.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, 2017-ci ildə baş verən hadisədə Erdal Ö. həbssiz mühakimə olunmaq şərti ilə sərbəst buraxılıb. Prokukorun cinayət işini tamamlamasından sonra Erdal Ö. haqqında “yüngül cinsi istismar” cinayətindən məhkəmə işi açılıb. Zongudak 1-ci Ağır Cəza Məhkəməsində baş tutan məhkəmədə müqəssir Erdal Ö., zərərçəkən D.D və anası N. D iştirak edib.

Məhkəmədə ifadə verən ana hadisə günü qızının evə ağlayaraq gəlməsi ilə başına gələnləri öyrəndiyini bildirib.

Erdal Ö. isə günahsız olduğunu iddia edib və sərbəst buraxılmasını tələb edib. Məhkəmə heyəti bütün dəlillərin dəyərləndirilməsi ilə Erdal Ö.-nün yüngül cinsi istismar cinayəti işlədiyi qənaətinə gələrək ona 4 il 2 ay həbs cəzası verib.

https://metbuat.az/news/1169508/15-kiloqramliq-sis-butun-kureyine-yayildi.html