Bakıda Azərbaycan-Belarus Qarışıq Komissiyasının növbəti iclası keçirilib

Bakıda Azərbaycan-Belarus Qarışıq Komissiyasının növbəti iclası keçirilib
15:12 18 Aprel 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda beynəlxalq avtomobil daşımaları üzrə Azərbaycan-Belarus Qarışıq Komissiyasının növbəti iclası keçirilib.
Bu barədə “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) bildirilib.
Məlumata görə, Azərbaycan nümayəndə heyətinə DANX-ın rəisi Həbib Həsənov, Belarus nümayəndə heyətinə isə Nəqliyyat və Kommunikasiya Nazirliyinin Avtomobil Nəqliyyatı İdarəsinin rəis müavini Qennadi Aleksian rəhbərlik edib. İclasda beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə olunub. 
Müzakirələrin gedişində Azərbaycan və Belarus arasında həyata keçirilən beynəlxalq avtomobil daşımalarının inkişaf etdirilməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, gözləmə vaxtının azaldılması, nəqliyyat vasitələri heyətinin iş və istirahət rejiminə riayət edilməsi, eləcə də Şimal-Cənub və Qərb-Şərq beynəlxalq nəqliyyat dəhlizlərində ölkələrimizin avtodaşıyıcılarının xüsusi çəkilərinin artırılması üçün görülən tədbirlərin daha da təkmilləşdirilməsi və davam etdirilməsi məqsədi ilə müvafiq razılıqlar əldə edilib.
Yekunda 2019-2020-ci illər ərzində ölkələrimiz arasında beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsi üçün “İcazə” blanklarının kontingenti müəyyən edilərək müvafiq protokol imzalanıb.



Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bakida-azerbaycan-belarus-qarisiq-komissiyasinin-novbeti-iclasi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR