Cocuq Mərcanlıda qəbul keçirilib

Cocuq Mərcanlıda qəbul keçirilib
14:54 19 Aprel 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Mərkəzi İcra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov aprelin 19-da Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində vətəndaşları qəbul edib. Bu barədə Lent.az-a AAYDA-dan bildirilib.
 
Verilən məlumata görə, Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd tam orta məktəbində müəllim və şagirdlərlə keçirilən görüş zamanı məktəbə dövlət agentliyi tərəfindən kompüter dəstləri və məktəbli geyimləri hədiyyə olunub.
 
Cocuq Mərcanlı kəndində yerləşən “13 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin binasında  keçirilən qəbulda Cəbrayıl, Xocavənd və Füzuli rayonlarından olan 16 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
 
Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən AAYDA-nin İdarə heyətinin sədri şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. 
 
 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/311871

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR