Azərbaycan Turizm Forumunun Qəbələ Görüşü -

Gilan Hospitality Group, Qafqaz Hotels & Resorts, H.Əliyev adına Qəbələ Konqres Mərkəzi və Mondo şirkətinin təşkilati sponsorluğu ilə 20 aprel 2019-cu il tarixində Qəbələ şəhərində ilk dəfə olaraq Regional Azərbaycan Turizm Forumu keçirilir.

Metbuat.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd ölkənin turizm imkanları, gələcək perspektivlər, müasir texnoloji yenilikləri ölkə turizminin inkşafına tətbiq etmək, qanunvericilik və ondan irəli gələn məsələləri müzakirə etməkdir.

Tədbir zamanı Turizm Labaratoriyasının (Tourism Lab.) nəzdində həyata keçirilən və keçiriləcək layihələr barədə məlumat verən “Tourism Lab.” şirkətinin rəhbəri Həvva Səfərova bildirdi ki, “Artıq 4-cü ilinə qədəm qoyan Azərbaycan Turizm Forumu ilk layihələrimizdən biridir. Hər il Bakıda baş tutan Forum ilk dəfə olaraq Qəbələdə keçirilir. Turizmə maraq göstərən, təhsil alan tələbələri də nəzərə alıb, keçən ildən başlayaraq tələbələr üçün “Tourism Students Meetup” layihəsi həyata keçiririk.Bu layihəmizin də davamlı olacağına və ölkə turizminə töhvə verəcəyinə inanıram. Bu ildən isə yeni bir layihənin hazırlıqlarına başlamışıq. Tezliklə 1-ci “Azerbaijan Tourism Awards” layihəsi baş tutacaq. Bunun da hazırlıqları davam edir. İnanıram ki, digər layihələrimiz kimi bu da ölkə turizminin tarixində iz qoyacaqdır.”

Həvva Səfərovanın açılış nitqindən sonra spikerlərin çıxışları və auditoriyanın sualları ilə forum davam edir.

Azərbaycan Turizm Forumunun Qəbələ görüşünün çıxışçıları

Seymur Hacıyev “Gilan Hospitality Group” - Group Procurement Director

Şəbnəm Süleymanova “QafqazTufandag Hotel Gabala” İdarəedici Direktoru

Göydəniz Qəhrəmanov Spektr Travel şirkətinin rəhbəri

Orkhan Isayev HRS- Hospitality & Retail Systems şirkətinin Reqional Direktoru

Niyazi Qasımov Qasımsoy agentliyinin direktoru

Daniel Burkhard Chenot Palace otelinin Baş Meneceri

David Khripunov David Digital Sharks şirkətinin təsisçisi

Azer Mammadzade Winter Park Oteli Satış və Marketinq departamentinin direktoru

Rivka Khripunova Rivka distant İngilis kurslarının təsisçisi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR