Yevlaxda 42 yaşlı kişi qısqanclıq zəmnində qəsdən adam öldürməyə təşəbbüs edib.
Metbuat.az-a daxil olan məlumata görə, aprelin 20-də Yevlax şəhəri Bakı prospekti 31 ünvanında yerləşən şəhər avtovağzalında, Bukavadze Murad Əli oğlu (01.06.1977-ci il təvəllüdlü) Bukavadze Leyla Bədirxan qızını (20.01.1992-ci il təvəllüdlü) qısqanclıq zəmnində qəsdən öldürmək məqsədilə bıçaqla həyat üçün təhlükəli olan nahiyyələrindən dəfələrlə vuraraq ona "daxilə keçən, həyat təhlükəli olan" çoxsaylı bədən xəsarətləri yetirib, lakin öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar qəsdini başa çatdıra bilməyib.
Zərərçəkmişin hadisədən dərhal sonra xəstəxanaya çatdırılması və orada ona təxirəsalınmaz intensiv tibbi-cərrahi yardım göstərilməsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Faktla bağlı rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Aysel Yaqubqızı / Metbuat.az