Rusiyalı futbolçunun Bakıdakı Avropa Liqası finalında iştirak etməyəcəyi dəqiqləşib

Rusiyalı futbolçunun Bakıdakı Avropa Liqası finalında iştirak etməyəcəyi dəqiqləşib
20:37 22 Aprel 2019
96 Digər
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasının XXXII turunda "Betis"lə səfər matçında zədələnən "Valensiya"nın futbolçusu Denis Çerışevin durumuna aydınlıq gəlib. 
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı hücumçunun sağ diz bağlarından xəsarət aldığı bəlli olub. Rusiya millisinin də şərəfini qoruyan oyunçunun mövsümün digər matçlarında iştirak etməyəcəyi dəqiqləşib. 
Qeyd edək ki, müqavilə ilə "Vilyarreal"a məxsus olan Çerışev icarə əsasında "Valensiya"da çıxış edir. O, bu mövsüm La Liqada 27 oyuna 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Yarasalar" çempionatda 52 xalla beşinci yerdədir. 
İspaniya təmsilçisi Avropa Liqasının yarımfinalında isə İngiltərə "Arsenal"ı ilə üz-üzə gələcək. Komanda finala çıxacağı təqdirdə Denis Çerışev mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək həlledici qarşılaşmada iştirak edə bilməyəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/rusiyali-futbolcunun-bakidaki-finali-buraxacagi-deqiqlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR