27 il komada qalan qadın həyata DÖNDÜ -

Birləşmiş Ərəb Əmirliklərində 27 il komada qalan qadın möcüzəvi şəkildə həyata dönüb.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, Munira Abdulla adlı qadın 1991-ci ildə keçirdiyi qəzada oğlunu xilas edib, ancaq özü komaya düşüb. Qəza baş verdiyində Abdullanın 32 yaşı olub. O, uzun müddət ümidsiz komada qalıb.

Ancaq qadının ailəsi ondan vaz keçməyib. 2 il əvvəl Almaniyada müalicə almağa başlayan qadın qısa müddətə səsləri eşitməyə başlayıb. Zehni getdikcə açılmağa başlayan Abdullanın ilk sözü oğlu Ömərin adı olub.

Munira Abdulla hazırda ölkəsində müalicəsini davam etdirir.

Aysel Yaqubqızı / Metbuat.az

Çində zavodda partlayış: Ölən və yaralanan var


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR