"Azərpoçt": 24012 vətəndaşa problemli kreditlərlə bağlı kompensasiya ödəyib

"Azərpoçt": 24012 vətəndaşa problemli kreditlərlə bağlı kompensasiya ödəyib
13:44 24 Aprel 2019
109 Digər
Ölkə mətbuatı
A- A+

"Azərpoçt" MMC 22-23 aprel tarixlərində problemli kreditlərlə bağlı 24012 nəfərə 500 manatdan aşağı nağd vəsaitlə kompensasiyanın ödənişini həyata keçirib.
 
ONA-ya "Azərpoçt"dan verilən məlumata görə, bank olmayan kredit təşkilatları (BOKT) və bağlanan bankların müştəriləri iki icra günündə "Azərpoçt"dan 6 580 842 manat nağd formada vəsait alıblar.
 
Qeyd edək ki, problemli kreditinə 500 manatdan aşağı kompensasiya düşən vətəndaşlar aprelin 22-dən etibarən "Azərpoçt" MMC-nin respublika üzrə bütün şöbələrinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsini və onun surətini təqdim etməklə pullarını nağd şəkildə ala bilirlər. "Azərpoçt"un icra edəcəyi əməliyyat ilkin mərhələdə 120 994 nəfərə şamil olunub. 44 158 nəfər kompensasiyası 500 manatdan yuxarı olduğuna görə "Azərpoçt"un kartları vasitəsilə, 76 836 nəfər isə məbləğ 500 manatdan aşağı olduğu üçün nağd şəkildə əldə edəcək.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312351

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR