Misirli məşqçi: "Bakı Milli Gimnastika Arenasında müsbət atmosfer hökm sürür"

Misirli məşqçi: "Bakı Milli Gimnastika Arenasında müsbət atmosfer hökm sürür"
18:32 25 Aprel 2019
25 İdman
Ölkə mətbuatı
A- A+

Bədii gimnastika üzrə Dünya Kubokunun iştirakçıları üçün möhtəşəm şərait yaradılıb.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Misir milli komandasının məşqçisi Mayar Rahab deyib.

O bildirib ki, Azərbaycan Gimnastika Federasiyası məşqlər üçün yaxşı şərait yaradıb:

"Bu, bizim hazırlıqlarımız üçün ən yaxşı məkandır. Bakı Milli Gimnastika Arenasında müsbət atmosfer hökm sürür. Məşq zalı böyükdür".

M.Rahab vurğulayıb ki, qonaqpərvərlikdən və idmançılara və məşqçilərə göstərilən qayğıdan çox məmnundur.

Qeyd edək ki, 26-28 aprel tarixlərində Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışı keçiriləcək. Turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır. Üç gün davam edəcək yarışda 25 qrup komandası və 70-dən çox fərdi gimnast hakimlər qarşısına çıxacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/749801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR