Kanada gimnastı: Milli Gimnastika Arenası ən sevdiyim gimnastika meydançalarından biridir

Kanada gimnastı: Milli Gimnastika Arenası ən sevdiyim gimnastika meydançalarından biridir
19:01 25 Aprel 2019
101 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Cani Babayeva - Trend:

Bədii gimnastika üzrə Dünya Kubokunun iştirakçısı, kanadalı gimnast Ketrin Uçida yarış ərəfəsində keçirilən məşqlərdən razı qalıb.

Bunu Trend-ə müsahibəsində idmançı özü deyib.

O bildirib ki, məşq zamanı bir sıra səhvlərə yol verib:

“Yaxşı ki, bu səhvləri yarış zamanı yox, məşqdə etdim. Mənim ən sevimli alətim topdur, bu alətlə çıxışlarım yaxşı alınır”.

K.Uçida bildirib ki, Bakıya həm yarışlara, həm də məşqlərə tez-tez gəlib, ona görə də Milli Gimnastika Arenası onun ən sevimli gimnastika meydançalarından biridir:

“Bu arenanı çox sevirəm, buraya çox tez uyğunlaşmaq olur. Arenada gözəl şərait yaradılıb”.

Qeyd edək ki, 26-28 aprel tarixlərində Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışı keçiriləcək. Turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır. Üç gün davam edəcək yarışda 25 qrup komandası və 70-dən çox fərdi gimnast hakimlər qarşısına çıxacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3052340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR