G.Aslanlı aksiya keçirmək istəyənlərə partiya qərargahında yer veriləcəyini də istisna etməyib: "Müsavat Partiyasının üzvləri qərargahda toplantı keçirmək təşəbbüsündə ola bilərlər. Həmin təşəbbüsün nədən ibarət olduğunu partiya rəhbərliyinə söyləsinlər, ona uyğun olaraq da qərarlar qəbul olunsun".
Qeyd edək ki, Vurğun Əyyubun və digər şəxslərin Müsavatdan xaric edilməsinə etiraz əlaməti olaraq partiya qərargahında, yaxud qərargahın qarşısında etiraz aksiyası keçiriləcək.