Kanberra, 6 may, AZƏRTAC
Avstraliya federal parlamenti senatının üzvü Riçard Di Natali mayın 6-da Yaşıllar Partiyasının yeni lideri seçilib. Ali təhsilli həkim olan Natalinin 44 yaşı var və o, parlamentin yuxarı palatasında Viktoriya ştatını təmsil edir.
Partiyanın sabiq sədri Kristin Milan hələ bir müddət əvvəl postunu tərk edəcəyini və gələn keçirilməsi planlaşdırılan parlament seçkilərinə qatılmayacağını bəyan etmişdi. K.Milan bu barədə qərarının ailə vəziyyəti ilə əlaqədar olduğunu bildirib: “Mən vaxtımın çoxunu doğma Tasmaniyada dostlarım və ailə üzvlərimlə keçirmək istəyirəm. Həm də tezliklə nənə olmağa hazırlaşıram”.
Bununla yanaşı, K.Milan dünyada iqlimin dəyişməsinin qarşısını almaq üçün mübarizəni davam etdirəcəyini də qeyd edib.
Hazırda Yaşıllar Partiyası federal parlamentin nümayəndələr palatasında bir (cəmi 150 yer), senatda isə on (cəmi 76 yer) yerə malikdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra