"Kəskin tromb zamanı ən önəmli müalicə üsulu EKOS-dur".

Metbuat.az-ın məlumatına görə, bunu "Vena xəstəlikləri: yeni üfüqlər" mövzusunda keçirilən konfransda Respublika Müalicəvi Diaqnostika Mərkəzinin İnvaziv radioloq Ağakişi Yəhyayevdir. Həkimin sözlərinə görə, bu üsulla venadan girib trombun içi ilə aşağı boş venaya qədər uzun kateter və bu kateterin içərisində xüsusi ultrasəs dalğalarını buraxan xüsusi bir cihaz - USM aparat (EKOS) yerləşdirilir:

"Bu, trombu xüsusi ultrasəs dalğaları vasitəsilə xırda-xırda döyəcləyərək fraqmentlərə ayırır və tromb əridən dərmanların xırda trombları daha da tez əritməsinə imkan yaradır. Bütün bunlarla yanaşı, aşağı ətraflarda olan venalardan qopan trombun ağciyərə gedib emboliya etmək riskinin qarşısını almaq üçün sadalanan prosedurlardan əvvəl aşağı boş venaya filtr yerləşdirilir".

İnvaziv radioloqun sözlərinə görə, fitrin məqsədi icra prosesində və sonra - tromb əriyənə qədərki müdəttdə trombu ayaqdan qopub ürək və ağciyər damarlarını tıxamasının qarşısını almaqdadır: "Beləliklə, ilk mərhələdə filtr qoyulur, ikinci mərhələdə trombla tıxanan damarların içərisinə EKOS yerləşdirilir və eyni cihazın içərisindən həm USM dalğaları gedir, həm də xüsusi tromb əridən dərmanların verilməsi icra olunur".

Günay Elşadqızı / METBUAT.AZ