Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verib.
"Report"un xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ƏMDK icarə haqqı üzrə 753 manat borcun ödənilməsi barədə tələb irəli sürüb.
Məhkəmə iddia ərizəsini təmin etməyib.
Qeyd edək ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə Cəlilabad rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi arasında Cəlilabad şəhəri, H.Əliyev pr. 133 ünvanında yerləşən, ümumi sahəsi 183.4 kv.m olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə müqaviləsi bağlanıb. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmayıb.
İcarə müqaviləsinə isə 30.12.2009-cu il tarixində xitam verilib.