600 illik yer idi

Bursanın İznik rayonunda xəzinəçi bu dəfə 600 illik tarixi Sarı Saldıq Türbəsində qaçaq qazıntı aparıb.

Metbuat.az türk mediasına istinadla xəbər verir ki, polis beton bünövrə sındıraraq bir metr dərinliyində çuxur qazıb qaçan xəzinəçinin ardınca düşüb.

Hadisə dünən saat 19.00 sıralarında İznik rayonu Şəhər Qəbiristanlığı ərazisində yerləşən tarixi Sarı Saldıq Türbəsində meydana gəldi.

Verilən məlumata görə, türbədə qaçaq qazıntı aparan şəxs və ya şəxslər beton bünövrəni sındıraraq bir metr dərinliyində çuxur qazıb.

Vəziyyətin bildirilməsi üzərinə hadisə yerinə polis dəstələri və muzey əməkdaşları sövq edilib.

Briqadalar hadisə yerində dəlil axtararkən, Muzey İdarəsindən gələn sənət tarixçisi və arxeoloqlardan ibarət bir dəstə də qazıntı bölgəsində araşdırma aparıb.

Polis qaçaq qazıntı aparan xəzinəçinin ardınca düşüb.

Hadisə ilə bağlı araşdırma davam edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR