Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən Formula 2 üzrə ikinci yarışıda daha bir zəncirvari qəza olub.
Metbuat.az xəbər verir ki, pilotlar Nikita Mazepin (ART Grand Prix), Cordan Kinq (Motorsport) və Luka Qiotto (UNI-Virtuosi) dönmə zamanı səkiyə çırpılıblar.
Hər üç pilot mübarizəni yarımçıq dayandırıb.
***
13:51
Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən Formula 2 üzrə ikinci yarışıda daha bir qəza baş verib.
Metbuat.az xəbər verir ki, “Trident” komandasının digər pilotu Qiuliano Alesi idarəetməni itirərək maneəyə çırpılıb.
O, komanda yoldaşı Ralf Boşunq kimi yarımçıq tərk etməli olub.
***
13:34
Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən Formula 2 üzrə ikinci yarışıda zəncirvari qəza olub.
Metbuat.az xəbər verir ki, yarışın ilk dövrəsində üç bolid toqquşub.
“BWT Arden” komandasının xanım pilotu Tatiana Qalderon, “Trident” komandasının pilotu Ralf Trident və “Carlin” komandasının pilotu Luiz Deletrazın idarə etdiyi bolidlər toqquşub.
Hər üç pilot yarışı yarımçıq dayandırıb.
Kənan Məmmədov/METBUAT.AZ