171 saylı avtobus qəzasında xəsarət alanlardan 3-ü evə buraxılıb

171 saylı avtobus qəzasında xəsarət alanlardan 3-ü evə buraxılıb
16:47 28 Aprel 2019
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəzər rayonu ərazisində, Mərdəkan-Bakı yolunda 171 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində xəsarət alanlardan daha 3 nəfər evə buraxılıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.

Onun sözlərinə görə, hazırda hadisə nəticəsində xəsarət alanlardan 7 nəfərin müalicəsi 3 saylı şəhər Klinik Xəstəxanasında davam etdirilir.

Xatırladaq ki, aprelin 27-də axşam saatlarında Mərdəkandan Bakı istiqamətində hərəkət edən yük maşını 171 saylı marşrut avtobusu ilə toqquşub.

Hadisə nəticəsində avtobusda olan 29 nəfər xəsarət alıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/750441.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR