Xroniki yorğunluğun əsl səbəbi açıqlandı

Xroniki yorğunluğun əsl səbəbi açıqlandı
23:57 28 Aprel 2019
118 Maraqlı
Ölkə mətbuatı
A- A+

Alimlər xroniki yorğunluğu artıq psixoloji xəstəliklər siyahısından çıxarıblar.

Milli.Az faktxeber.com-a istinadən bildirir ki, elm adamları bunun  fizioloji xüsusiyyət daşıdığını bildiriblər. Onların sözlərinə görə, yorğunluq, yuxululuq, qıcıqlanma,pis əhval ruhiyyə, baş ağrısı, ürək bulanma - tamamilə müxtəlif xəstəliklərin  nəticələridir.

Bununla belə, mütəxəssislər hesab edirlər ki, xroniki yorğunluğun əsas səbəbi  sudan kifayət qədər istifadə etməmə və infeksion xəstəliklərdir.

Məşhur amerikalı dietoloq  Emi Qudson bu barədə bildirib ki, orqanizmin hətta az miqdarda susaması da buna təsir qoya bilər: "Orqanizmdə maye normasının cəmi 2 faizini  təşkil edən azca susama belə insanın enerji səviyyəsinin azalmasına gətirə bilər".

Beləliklə, mütəxəssislər faktlara əsaslanaraq bildiriblər ki , su  və düzgün qilanama orqanizmi artıq yüklənmədən qoruya və immuniteti dəstəkləyə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/749603.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR