Qorxunc hadisə!

Türkiyənin Konya şəhərində başı kəsilmiş halda torpağa dəfn edilmiş bir cəsəd tapılıb.

Metbuat.az Türkiyə mediasına istinadla xəbər verir ki, fermer Hacı Mehmet Koç gölün kənarında göbələk topladığı zaman su kənarına 30 metr məsafədə bir kəllə sümüyü tapılıb.

Daha sonra isə hadisə polisə bildirilib. Hadisə yerinə gələn polis işçiləri apardıqları araşdırmada kəllə sümüyünün qadına aid oluğunu və üzərində hələ də saç olması səbəbilə bədəninin də həmin bölgədə ola biləcəyini güman edib.

Bölgədə axtarış aparan polislər hər hansı bir iz tapa bilmədikdə kəllə sümüyünün tapıldığı yerdə qazıntı işlərinə başlayıblar. Qazıntı nəticəsində qadının bədən hissəsi torpağa bastırılmış şəkildə tapılın. Bası kəsilmiş qadın cəsədinin 15-20 gün əvvələ aid ola biləcəyi və kəllə sümüyündən də itlər tərəfindən torpaqdan çıxarıla biləcəyi düşünülür.

Kəsik baş və cəsəd müayinə üçün morqa göndərilib.


https://metbuat.az/news/1175550/bu-goruntudeki-seyin-ne-oldugunu-oyrendikde.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR