Müəllif və ifaçı Murad Arif çoxdan anons etdiyi yeni “İnşallah” adlı mahnısını təqdim edib.

Milli.Az-a açıqlama verən aparıcı bildirib ki, yeni bəstənin söz və musiqisi özünə məxsusdur: “Mahnını Rəşad Bağırov aranjman edib. Artıq bu mahnı ajiotaj yaradıb. Bu iki gündə yüzlərlə mesaj almışam. Hər kəs mahnını əldə etmək istəyirdi. Əslində tamamilə başqa mahnı təqdim etmək fikrindəydim. Amma bu mahnını bəstələyən kimi saxlaya bilmədim. Əsl isti yay havalarının coşqulu mahnısıdır. Yüksək səslə dinləyin. Əminəm ki, bəyənəcəksiniz”.

M.Arif “İnshaAllah” mahnısı ilə bağlı maraqlı bir məqama toxunub: "Aranjmanda Maykl Ceksonun "İn the closet", Madonnanın "Erotica" və Nura Surinin "Brilyantlar" mahnılarından istifadə etmişəm. Mahnının mövzusu, ritmi məcbur edir ki, maraqlı elementlər əlavə edim. Əminəm ki, hər dəfə dinlədikcə dinləyicilər yeni səslər eşidəcəklər. Bu mahnı ilə düşmən bağrı çatladacağam. Bu mahnıya klip də çəkdirməyi düşünürəm. Çox güman ki, klipə rejissor Fərhad Əli quruluş verəcək".

Qeyd edək ki, F. Əli M.Arifin ifasında “Həyat yoldaşımsan” mahnısına klip də çəkmişdi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Murad Arif: "Bağırlarını çatladacağam, yüksək səslə dinləyin" - VİDEOфото