İrandan Azərbaycana gələn Pakistan vətəndaşında narkotik aşkarlanıb (FOTO)

İrandan Azərbaycana gələn Pakistan vətəndaşında narkotik aşkarlanıb (FOTO)
13:55 1 May 2019
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda, İran İslam Respublikasından Azərbaycana gələn "Volvo" markalı sərnişin avtobusu saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, avtobusda olan sərnişin Pakistan İslam Respublikasının vətəndaşı Shah Nasrat Yar Mat oğlunun əl yükünə rentgen aparatı ilə baxış keçirilərkən rəngli fonda şübhəli cizgilər müşahidə edilib. Yoxlama zamanı 1 ədəd qara və 1 ədəd qəhvəyi rəngli çamadanların hər birinin daşınması üçün nəzərdə tutulan metal tutacaqların içərisindən ayrı-ayrılıqda 438 qram olan, ümumilikdə 876 qram narkotik vasitə-heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3055438.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR