Bakı. Trend:

Ağcabədi sakininin avtomobilini qəsdən yandıran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 30-da Kəhrizli kəndi ərazisində R.Məhərrəmovun “Mercedes” markalı avtomobilini qəsdən yandırmaqda şübhəli bilinən kənd sakini Kamran Həsənov saxlanılıb.

Araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin