"Barselona"nın futbolçusunun evi "Liverpul"la oyun zamanı qarət olunub

"Barselona"nın futbolçusunun evi "Liverpul"la oyun zamanı qarət olunub
13:52 2 May 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

İspaniya "Barselona"sının futbolçusu Artur Ramos İngiltərə "Liverpul"u ilə Çempionlar Liqasının ilk yarımfinal oyunu ərəfəsində qarət olunub. 
"Report" "Cadena SER"ə istinadən xəbər verir ki, oğrular matç zamanı 23 yaşlı yarımmüdafiəçinin evinə giriblər. Cinayətkarlar evin boş olacağına əmin olsalar da, braziliyalı oyunçunun bacısı ilə qarşılaşıblar. Futbolçunun bacısı həmin şəxslərə mane olmağa çalışıb, lakin oğrular onu təhdid ediblər. Hadisə zamanı Artur Ramosun saatı oğurlanıb, bacısı isə xəsarət almayıb. 
Qeyd edək ki, görüş "Barselona"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İngiltərədəki qarşılaşma mayın 7-də olacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/barselona-nin-futbolcusu-liverpul-la-oyun-zamani-qaret-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR