Bakının mərkəzində yerləşən əsas yük terminalı fəaliyyətini dayandırdı

Bakının mərkəzində yerləşən əsas yük terminalı fəaliyyətini dayandırdı
16:03 2 May 2019
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının mərkəzində yerləşən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin əsas yük terminalı fəaliyyətini dayandırıb.

“Trend” bu barədə limana istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, terminalın bütün əməliyyatları Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçiriləcək.

Xatırladaq ki, Prezident İlham Əliyevin 18 oktyabr 2007-ci il tarixli sərəncamı ilə əsas yük Terminalı ərazisinin ekoloji baxımdan sağlamlaşdırılması, dənizkənarı milli parkın ərazisinin genişləndirilməsi, şəhərdə nəqliyyat sıxlığının qismən aradan qaldırılmasını təmin etmək üçün mövcud liman kompleksinin Ələtdəki yeni Bakı Limanına köçürülməsinə qərar verilib.

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"nın ilkin mərhələdə yükaşırma qabiliyyəti ildə 15 milyon ton, o cümlədən 100 min konteyner təşkil edəcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/277481.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR