Rusiyanın Xalq artisti Filipp Kirkorov 52 yaşını Dubayda qeyd edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni bunun üçün BƏƏ-nin ən bahalı otellərindən olan "Burj Al Arab"ı seçib.

Filipp otelin 27-ci mərtəbəsində yerləşən banket zalını bağlatdırıb. Müğənni zalın bəzədilməsini, yeməklərin seçilməsini, hətta musiqi seçimini özü edib.

Polina Qaqarina, Jasmin, Ksenya Borodina və digər məşhur rus ifaçılarla yanaşı gecədə Dubayın tanınmış rəqqasləri də yer alıblar. Onlar ərəb mahnısı sədaları altında gecədə şou göstəriblər.

Milli.Az