"Liverpul"la oyun vaxtı "Barselona"nın futbolçusunun evinə oğru girdi

"Liverpul"la oyun vaxtı "Barselona"nın futbolçusunun evinə oğru girdi
19:05 2 May 2019
110 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın "Liverpul"u 3-0 məğlub etdiyi 1 may gecəsində ispan cəbhəsində hər kəs qələbəni qeyd edərkən Artur Melonun evinə oğru girməsi xəbərini alıblar.

Milli.Az "Sinxua" agentliyinə istinadən xəbər verir ki, oğrular futbolçunun oyunda olmasından istifadə edərək? evə daxil olublar. 22 yaşlı yarımmüdafiəçinin evinə 2 nəfər pəncərədən daxil olub. Onun qardaşını təhdid ediblər. Bahalı saatlar və digər qiymətli əşyalar oğurlayıb? daxil olduqları pəncərədən çıxıblar.

Qeyd edək ki, Artur Melo katalonların ilk oyunçusu deyil ki, evinə oğru girib. Son aylarda Malkom, Jerar Pike və Jordi Alba eyni halla rastlaşıblar.

Əliş Abdulla
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/751727.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR