Əfqanıstan təhlükəsizlik qüvvələri ölkənin şimal-şərqində "Taliban" terror təşkilatına sarsıdıcı zərbə endirib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Baqlan vilayətində əməliyyat nəticəsində onlarla terrorçu məhv edilib.
Vilayətin rəsmi nümayəndəsi bildirib ki, ilk öncə hücumu "Taliban" terrorçuları "Burka" mahalını ələ keçirmək üçün ediblər.
Qeyd edək ki, aprelin 12-də "Taliban" Əfqanıstanda "illik yaz hücumu" günlərinin başlamsı barədə elan edib.
Milli.Az