Rusiyanın dondurucu soyuğu ilə tanınan Sibir bölgəsində bir tikinti işçisi spirtli içkinin təsiri ilə özündən keçib və küçənin ortasında donub.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, yerdə cansız və donmuş bir şəkildə yatan adam 6 saat sonra tapılıb.

Hadisə yerinə gələn tibb işçiləri 55 yaşlı Vladimir Yakovleviçi təcili xəstəxanaya çatdırıb. Donmasından 6 saat keçməsinə baxmayaraq bir möcüzəyə imza atılıb. İddiaya görə həkimlər Yakovleviçə 24 dəfə 5000 voltluq elektrik enerjisi verib. Elektrik şoku adamı həyata geri döndərib.

yakovlevic-primatv

http://metbuat-az.com/news/1180440/sagirdlerine-aciq-saciq-goruntusunu-gonderen-muellim.html