“Kütahya” və “Akabe İnşaat” növbəti ortaq layihəsini uğurla təqdim etdi - FOTO

“Kütahya”  və “Akabe İnşaat” növbəti ortaq layihəsini uğurla təqdim etdi - FOTO
23:03 3 May 2019
Ölkə mətbuatı
A- A+

Türkiyənin dünyaca məşhur markası “Kütahya” Azərbaycanın keyfiyyət nişanı “Akabe İnşaat” şirkəti ilə növbəti ortaq layihəsini uğurla təqdim edib. 2000-ci ildən Azərbaycanın inşaat sektoruna daxil olaraq keyfiyyətin və prestijin markasına çevrilən “Akabe” MMC-nin çeşid sayı, zövqlü dizaynı və konsepsiyasına görə rəğbət qazanmış yeni, Nərimanov rayonu, Albert Aqarunov küçəsi 12-də yerləşən AKABE-KÜTAHYA satış-sərgi salonunun açılış mərasimi keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə tanınmış ziyalılar, memarlar, dizaynerlər, iş adamları və media nümayəndələri iştirak edib.

Mərasimi “Akabe İnşaat” şirkətinin rəhbəri Vüqar Cəfərov açıq elan edib. Tədbir iştirakçılarını salamlayan şirkət rəhbəri yeni layihəsinin həyəcanını qonaqları ilə bölüşüb: “Türkiyədən gələn qonaqlarımıza, hörmətli dostlarımıza və dəyərli memarlarımıza “xoş gəldin” deyirəm. “Akabe” ailəsinin “Kütahya Seramik” və “Kütahya Porselen” şirkətlərinin yaradıcısı olan Nafi Güral və ailəsi ilə uzun illərə söykənən dostluq əlaqələri var. Bildirmək istəyirəm ki, Ulu öndərimiz Heydər Əliyevin 90-cı illərdən başlayaraq sahibkarlara göstərmiş olduğu dəstək bizim iş həyatımıza dərindən təsir edib. Onun imzaladığı sərəncamlar bizi bir çox problemlərdən xilas edib. Bu gün bu siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən də uğurla davam etdirilir, dəstəklənir. Hazırda Prezidentimizin sahibkarlar üçün nəzərdə tutulan sərəncamları, islahatları bizə çox gözəl iş şəraiti yaradıb. Dövlətin bu dəstəyi bizim üçün çox əhəmiyyətlidir. Buna görə görülən işləri səmimi qəlbdən alqışlayıram. Bizim üzərimizə düşən məsuliyyət yeni iş yerlərinin açılmasıdır ki, biz də bunu öz imkanlarımız daxilində həyata keçiririk. Bir daha bu işdə əziyyəti keçən hər kəsə təşəkkür edirəm”.

Daha sonra “Kütahya Seramik” və “Kütahya Porselen” şirkətlərinin yaradıcısı Nafi Güral təəssüratlarını bölüşüb: “Türkiyə-Azərbaycan dostluğuna çox önəmli dəyər qatan möhtərəm səfirim Ərkan Özoral, dəyərli xanımlar və cənablar! Bu gün, həqiqətən, bizim heyətimiz üçün çox əhəmiyyətli gündür. Ölkəmizdə Azərbaycan ən səmimi, ən dəyərli dostumuz kimi tanınır. Buraya gəldiyimizdə həm insanların bizə olan münasibəti, həm də bu ölkənin gözəlliyi bizləri sehrə saldı. Vüqar bəylə sadəcə əməkdaşlığımız yoxdur, eyni zamanda uzun illərdir davam edən dostluğumuz var. Onunla işləməkdən həzz alırıq. Bu dostluğun təsdiqi olaraq Vüqar bəyə şirkətimizin simvolik açarını təqdim etmək istəyirəm. Bu, eyni zamanda, Türkiyə-Azərbaycan dostluğunun bir simvolu olacaq. Mən ən son 2 il öncə Azərbaycana gəlmişdim. Bakı bu 2 il ərzində həqiqətən çox böyüyüb. Nə qədər qürur duysanız, azdır. Çünki bu inkişafın memarı sizlərsiniz. Hər birinizə ayır-ayrı təşəkkür edirəm”.

Qonaqların gur alqışları fonunda kürsünü tərk edən Nafi bəy Güral ailəsinin digər üzvü Ərkan Güralı çıxış üçün dəvət edib. Ərkan Güral da öz növbəsində səmimi qəlbdən qonaqları salamlayıb: “Bu gün həm şirkətimiz, həm ailəm, həm də iş yoldaşlarımın adına böyük bir qürur və məmnuniyyət duyaraq burada iştirak etdiyimi bildirmək istəyirəm. Qürur duyuram, çünki Vüqar bəy mənim təkcə iş ortağım deyil, həm də ailə dostumdur. 15 ildir ki, tanışıq. Həmin zamandan bəri ölkələrimiz arasında əhəmiyyətli ticarət işləri görür, müxtəlif vəsilələrlə iqtisadiyyatımıza fayda veririk. 4 il öncə Azərbaycanda ilk mağazamızın açılışında da söyləmişdim ki, bu mağaza kifayət deyil. Buradan daha böyük və yaxşı mağazalar açmağımızı tövsiyə etmişdim. Bu gün burada olmağımızın təşəbbüskarı də Vüqar bəyin 4 il önvə mənə verdiyi tutmasıdır. Mən bu gün Türkiyədəki şirkətimizdə çalışan beş min əməkdaşımızın salamları il birlikdə Bakıya gəldim. Azərbaycan və Türkiyə iki dövlət, tək millət kimi tanınıb. Bizim “Akabe” ailəsi ilə birlikdə qol qoyduğumuz bu iş həm buradan Türkiyəyə gedən sevgi və qəlb birliyinin nişanəsi, həm də Türkiyədən buraya gələn güvənin işarəsidir. Kütahya bir Anadolu şəhəridir. Biz Kütahyada həm yaşayırıq, həm işləyirik. Dünyaya məhsullar təqdim edirik. İnkişaf edən texnologiyalarla biz də öz məhsullarımızın keyfiyyətini, ölçüsünü artırırıq. Sadəcə Çinə deyil, keramikanın paytaxtı hesab olunan İtaliyaya, İspaniyaya Kütahyadan ən çox keramika ixracatı gerçəkləşdirən marka kimi tanınırıq”.

Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoral çıxışında Azərbaycan-Türkiyə dostluq münasibətlərini möhkəmləndirən təşəbbüslərdə iştirakından məmnun olduğunu bildirib: “Doğrudan da, anlamlı bir tədbirdir. Çünki Türkiyə ilə Azərbaycan iki dövlət, bir millətdir. Bu iki dövlətin, bir millətin fərdlərinin birlikdə edə biləcəkləri işləri bütün dünya görüb. Bu gün burada açılışı edilən bu mağaza sadəcə bir keramika mağazası deyil. Eyni zamanda, bizim qardaşlığımızın, dostluğumuzun və əldə edə biləcəyimiz uğurların önəmini göstərir. Mağazaya daxil olduğumuzda gördük ki, burada dünyada ancaq bir neçə markanın ərsəyə gətirə bildiyi keyfiyyətli məhsullar var. Dünyanın heç də hər yerində rast gələ bilməyəcəyiniz məhsullara burada rast gələ bilərsiniz. Mən bu mağaza ilə həqiqətən də qürur duyuram. Əminəm ki, 15 il öncə başlayan bu əməkdaşlıq bundan sonra da daha böyük işlər ortaya qoyacaq. Çünki ticarət, iqtisadi münasibətlər bizi bir-birimizə yaxınlaşdıran əhəmiyyətli faktorlardır. Lakin “Akabe” və “Kütahya” bizə mədəni anlamda da ciddi faydalar verir. Gələcəkdə dahaq böyük məsafələr qət edəcəklərinə də əminəm. Buna görə də hər iki şirkəti təbrik edirəm”.

Tədbir mağazanın simvolik açılışı olaraq qırmızı lentin kəsilməsi ilə yekunlaşıb. Sonda qonaqlar mağazada təqdim olunan məhsullarla yaxından tanış olub.

Qeyd edək ki, 1961-ci ildə əsası qoyulan “Kütahya Seramik” keramikanın vətəni sayılan Çin dövlətinə məhsullarını ixrac edən ilk və tək türk markasıdır. Bu şirkət 70-dən çox ölkəyə məhsul ixrac edir. “Türkiyə istehsalı” loqosunu fəxrlə daşıyan “Kütahya Seramik” 120x120 sm və 110x140 sm ölçülərində analoqsuz keramik qranit istehsalı ilə Türkiyə keramika sektorunda bir fərqlilik yaradıb. Bununla yanaşı, yeni mağazada məşhur markaların məhsullarını da görmək olar. Bunlar arasında “Laufen”, “Hansgrohe”, “Armadi Art”, “Visto Doro”, “Duravit” və s. kimi markalar yer alır. “Akabe MMC” tərəfindən zövq oxşayan məhsullarla yanaşı, müştərilərə ödənişsiz dizayn xidməti də təklif olunur.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/gundem/277640.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR