Xbox Game Pass-a may ayında yüklənəcək yeni oyunların siyahısı

Xbox Game Pass-a may ayında yüklənəcək yeni oyunların siyahısı
08:42 4 May 2019
Ölkə mətbuatı
A- A+

"Microsoft"a məxsus abunəli oyun servisi olan "Xbox Game Pass" şəbəkəsinə  may ayı ərzində "Wolfenstein 2", "Lego Batman " və "Tacoma" kimi oyunlar əlavə olunacaq.

Milli.Az chip.az-a istinadən bildirir ki, "Microsoft" şirkəti may ayında "Xbox Game Pass" istifadəçilərinə kifayət qədər effektli oyunlar təqdim etməyə hazırlaşır. Sözü gedən şəbəkəyə əlavə olunacaq oyunlar  siyahısına "Wolfenstein 2: The New Colossus", "Tacoma", "Lego Batman 3", "King", "Surviving Mars" və digərləri daxildir.

İstifadəçilərin səbrsizliklə gözlədiyi ilk oyun "Wolfenstein 2" may ayının 2-də təqdim olunacaq. Həmin tarixdə "Game Pass"a əlavə olunacaq digər oyun 1 fevral 2019-cu il tarixində "Xbox One" üçün istifadəyə verilən "Wargroove"dur.

Bundan bir həftə sonra 9 Mayda "Tacoma" bazaya əlavə olunacaq. Eyni gündə şəbəkəyə yüklənəcək "MMORPG" oyunu olan "Black Desert" da platforma istifadəçilərini sevindirməyə davam edəcək.

10 mayda təqdim olunacaq "For the King" oyunu abunəçilər üçün  üç gün əvvəldən istifadəyə veriləcək. Eyni zamanda oyunu 32$-a əldə etmək mümkün olacaq. İlin beşinci ayının ikinci yarısından sonra digər oyunlar  "The Surge" və  "Lego Batman 3" istifadəçilərin ixtiyarına veriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/751619.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR