Bakıda maskalı şəxs "Azərpoçt"a hücum etdi

Bakıda maskalı şəxs "Azərpoçt"a hücum etdi
12:22 15 Yanvar 2015
120 Digər
Ölkə mətbuatı
A- A+

Yanvarın 14-də Bakıda quldurluq hadisəsi baş verib
Milli.Az lent.az-a istinadən xəbər verir ki, saat 19 radələrində tapança və bıçaqla silahlanmış naməlum şəxs Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" MMC-nin Sabir küçəsi 70 ünvanında yerləşən 31 saylı poçt şöbəsinə basqın edib.

Silahlı şəxs şöbənin əməkdaşlarını hədələyərək pul tələb edib. O, poçt şöbəsində olan 300 manata yaxın pulu götürərək aradan çıxıb.

Faktla bağlı zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/319154.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR