Zidan üç futbolçudan imtina etdi -

Mövsümün sonunda "Real"dan ayrılacaq futbolçular müəyyənləşib.

Metbuat.az "Marca" nəşrinə istinadən yaydığı xəbərə görə, "kral klubu" yayda 3 futbolçunu göndərəcək. Bunlar Qaret Beyl, Dani Sebalyos və Markos Lorentedir. Zinəddin Zidanın artıq həmin oyunçularla görüşdüyü və onları növbəti mövsümdə komandasında görmək istəmədiyini dediyi iddia olunur.

Beylin menecerləri məlumatı təsdiqləməsələr də, təkzib də etməyiblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR