İNANILMAZ! 2 min 500 il YAŞI VAR

Türkiyənin Antalya şəhərində Likiya dövrünə aid 2 min 500 illik qaya məzarının giriş hissəsi kimliyi biilinməyən şəxslər tərəfindən paramparça edilib.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, 6 il əvvəl də eyni şəkildə dağıdılan məzarın bu dəfə giriş hissəsi qırıcı və deşici alətlərlə parçalanıb. Bölgədə çox saya Likiya və Roma dövrlərinə aid tarixi tikinti, sarkofaq və qaya məzarlar mövcuddur. Xəzinə axtaranların apardığı təxribatdan ən çox sarkofaqlar və qaya məzarları zərər görür.

Təxribatı müəyyən edən arxeoloq Ümid Işın “Belə məzarların içində xəzinə tapacağına inanmaq sadəcə bir xəyal gücüdür. Amma insanların xəyal gücləri böyük bir cəhalətlə tarixi yox edir. Burada planlı bir təxribat var” deyib.

http://metbuat-az.com/news/1183011/butun-dunya-ondan-danisir.html?fbclid=IwAR1JbSbswSVtYo5Z5tHPj1e_fQxUeGQG53ZHPqp7XcWR5sUt0jzicYy8HuU


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR