Türkiyənin Osmaniye bölgəsində orta məktəbdə işləyən 3 uşaq atası müəllim H. Ö valideynlər tərəfindən sinif otağındakı komputerdə əxlaqsız məzmunlu film izləməsi və açıq-saçıq hərəkətlər etdiyi iddiası ilə şikayət edilmişdi.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, polis tərəfindən saxlanılan müəllim haqqında inzibati istintaq başladılıb. İfadəsində ittihamları rədd edən müəllim çıxarıldığı məhkəmədə həbsiz mühakimə olunaraq sərbəst buraxılıb.

Cümhuriyyət prokukorluğu H.Ö-nün sərbəst buraxılmasına etiraz edib. Sənədi gözdən keçirən Osmaniye 2-ci Sülh Məhkəməsi H.Ö-nun həbs olunmasına qərar verib. Qərardan sonra H.Ö saxlanılaraq həbsxanaya göndərilib.

https://metbuat.az/news/1183137/inanilmaz-bu-yumurtani-baxin.html