DƏHŞƏT! Arvadı onunla xəyanət etdi

Türkiyənin Bolu bölgəsində həyat yoldaşı ilə münasibətdə olduğunu öyrəndiyi yeznəsini öldürən Həsən Adıyamana 18 il 4 ay həbs cəzası verilib.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, 2017-ci ilin iyul ayında hadisədə Həsən Mitlier adlı şəxs qaldığı yataqxanada tüfənglə vurularaq öldürülüb. Polisin hadisə yerində apardığı araşdırmadan sonra Həsən Mitlierin qaynı Həsən Adıyaman tərəfindən vurulduğu müəyyən olunub. saxlanılaraq polis bölməsinə gətirilən Həsən Adıyaman ifadəsində yeznəsini həyat yoldaşı ilə münasibətdə olduğu üçün öldürdüyünü etiraf edib.

Bolu Ağır Cəza Məhkəməsində “Qəsdən adam öldürmə” cinayəti ilə “Ağırlaşdırılmış ömürlük həbs” tələb olunan Həsən Adıyamanın qərar məhkəməsi baş tutub. Məhkəmədə yeznəsini qəsdən öldürmədiyini deyən Adıyaman “onu qorxutmaq istəyirdim. Mənə qapını tam açmadığı üçün aramızda mübahisə yarandı. Həmin zaman çiynimdəki tüfəng atəş açdı. Baş verənlərə görə çox peşmanam” deyib.

Məhkəmə heyəti qərarını açıqlayaraq Həsən Adıyamana 18 il 4 ay həbs cəzası verib.

http://metbuat-az.com/news/1183097/inanilmaz-2-min-500-il-yasi-var.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR