Azərbaycanda sənədsiz ov tüfənglərinin yığışdırılması davam edir

Azərbaycanda sənədsiz ov tüfənglərinin yığışdırılması davam edir
14:08 15 Yanvar 2015
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir İlkin İzzət/

Vətəndaşlardan müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çarxana kənd sakini Həsrət Məmmədovdan xaricdə istehsal edilmiş, Yemişənli kənd sakini Baloğlan Qasımovdan “TOZ-20”, Mamaylı kənd sakini Şafiq Zahirovdan isə “TOZ-63” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.

Hər üç faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR